Albaniya polisi Vjosa çayına düşən avtomobildə olan 7 nəfərin "üçüncü ölkə vətəndaşı" ola biləcəyini açıqlayıb. Polis bu ifadəni daha çox qaçqınlar üçün işlədir.
7NEWS.az xəbər verir ki, Albaniyanın cənubunda içərisində 8 nəfərin olduğu avtomobil çaya düşüb. Avtomobildə olan bütün sərnişinlərin və sürücünün həlak olduğu açıqlanıb. Hadisə ilə bağlı açıqlama verən Albaniya polisi sürücünün Albaniya vətəndaşı olduğunu, sərnişinlərin isə başqa ölkələrdən olduğunu qeyd edib. Polisin verdiyi açıqlamada, "Benz" markalı avtomobil idarəetməni itirdiyi üçün yoldan çıxaraq Vjosa çayına düşüb".
7NEWS.az








