RU
Aldatma yolu ilə evə girib bıçaqladılar – BAKININ MƏRKƏZİNDƏ QANLI CİNAYƏT
14:43
414

Aldatma yolu ilə evə girib bıçaqladılar – BAKININ MƏRKƏZİNDƏ QANLI CİNAYƏT

Bakıda quldurluq hadisə baş verib.

Publika.az xəbər verir ki, Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən Samux rayon sakini V.Rüstəmov yanvarın 27-də kirayədə yaşadığı mənzilə aldatma yolu ilə girmiş naməlum şəxsin ona bıçaqla xəsarət yetirib oradan 300 ABŞ dolları apardığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakini C.Quliyev polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ