ABŞ-ın Virciniya ştatının sakini Con Rid 2019-cu ildə 16 yaşlı oğlu Dakotanı itirib.
"CBS” telekanalı xəbər verir ki, yeniyetmə avtomobil qəzasında həlak olub. Oğlunun ölümündən sonra atası onun orqanlarını xəstə insanlara bağışlamaq qərarına gəlib. Bu yaxınlarda isə C.Rid, sinəsində oğlunun ürəyi döyünən insandan qeyri-adi hədiyyə alıb.
Massaçusets ştatının sakini Robert O’Кonnor C.Ridə oyuncaq ayı hədiyyə edib. Oyuncağın düyməsini sıxdıqda oğlunun ürəyinin döyüntüsünü eşidə bilib.
Qeyd etmək lazımdır ki, bu hədiyyəni alan C.Rid göz yaşlarını tuta bilməyib və oyuncağı qucaqlayaraq hönkür-hönkür ağlamağa başlayıb.








