Belarus Prezidenti Aleksandr Lukaşenko hesab edir ki, Allah belarusludur.
7NEWS.Az "RİA Novosti”yə istinadən bildirir ki, bu barədə o rusiyalı jurnalist Vladimir Solovyova verdiyi müsahibəsində deyib.
V.Solovyovun "Yəni bu gün Allahı belaruslu hesab edirsiniz?” sualına dövlət başçısı belə cavab verib:
"Bəli, nəinki bu gün. O məni ötən əsrin 90-cı illərində bu qarmaqarışıqlığa atdı, arada da kömək edir”.
7NEWS.Az







