RU
Aleksey Qay “Qəbələ”dən ayrıldı
11:05
1548

Aleksey Qay “Qəbələ”dən ayrıldı

Qəbələ”dən ayrılan daha bir futbolçunun adına aydınlıq gəlib.

7News.Az xəbər verir ki, ukraynalı yarımmüdafiəçi Aleksey Qay əyalət klubunu tərk edib. 

Bu barədə futbolçu özü saytımıza məlumat verib. O bildirib ki, dəyişiklik zamanıdır və karyerasını başqa komandada davam etdirəcək: “Artıq dəyişiklik zamanıdır. “Qəbələ”dən özüm ayrılmaq istədim. Ona görə də hazırda vətənimdəyəm. Karyeramı başqa komandada davam etdirəcəm”.

Qay Azərbaycandakı karyerasını uğurlu adlandırıb: “Azərbaycanda karyeram uğurlu alındı. “Qəbələ” ilə Avropa Liqasının qrup mərhələsində oynadıq. Çempionatda bürünc medal qazandıq. Hər şey məni qane edirdi”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ