RU
Ali məktəblərdə bədən tərbiyəsi və idmanın inkişaf yolları
17:02
887

Ali məktəblərdə bədən tərbiyəsi və idmanın inkişaf yolları

ADBTİA-nın prorektoru,prof. Yusif Babanlı Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2005-ci il 4 mart tarixli sərəncamına əsasən hər il martın 5-i "Bədən tərbiyəsi və idman günü” kimi qeyd edilir. Bu əlamətdar gün münasibəti ilə xalqımızı, idman mütəxəssislərini, idman müəllimlərini, bu peşəyə sahib olan və idmanı sevən hər kəsi ürəkdən təbrik edirik, bundan sonrakı fəaliyyətlərində bol-bol uğurlar diləyirik.
Azərbaycan Respublikasında həyata keçirilən uğurlu, məqsədyönlü və davamlı ictimai-siyasi və sosial siyasət tələbə-gənclərin fiziki tərbiyəsində və ümumilikdə idmanın inkişafında da mühüm rol oynamışdır. Bu sahədə müasir qanunvericilik bazasının yaradılması, effektiv idarəetmə sisteminin formalaşdırılması, maddi-texniki bazanın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilmiş islahatlar Azərbaycan idmanının beynəlxalq miqyasda uğurları üçün yol açmışdır. Bu gün dövlətimiz qarşısında duran əsas məsələlərdən biri də rəqabətədavamlı, hərtərəfli inkişaf etmiş, dövlətimizin nüfuzunu yüksəldən, mötəbər yarış arenalarında bayrağmızı qaldıran şəxsiyyətlər yetişdirməkdir. Bu missiyanın yerinə yetirilməsində təhsil və idman müəssisələrinin rolu böyükdür. Respublikamızda təhsillə bağlı qəbul edilən normativ hüquqi sənədlərdə tələbələrin şəxsiyyətinin formalaşdırılmasında fiziki tərbiyəyə xüsusi önəm verilir. Ulu öndər Heydər Əliyev demişdir ki, "Azərbaycanda da idmanın, fiziki tərbiyyənin kütləvi surətdə inkişaf etməsinə ciddi fikir verməliyik. Bu bizim vəzifəmizdir, borcumuzdur. Bu xalqımızın gələcəyidir, gələcək nəsillərin daha sağlam olmasının əsasıdır. Biz idmana, fiziki tərbiyəyə qayğı göstərərək millət, xalq, vətən qarşısında öz borcumuzu yerinə yetiririk...”Ulu öndərin haqlı olaraq vuğuladığı kimi biz, idman mütəxəssisləri, idman müəllimləri məktəblərdə fənnin tədrisinin və tələbə-gənclərin fiziki tərbiyəsinin keyfiyyətini artırmaq üçün vətən qarşısında öz borcumuzu yerinə yetirməliyik. Təhsil sahəsindəki rəhbər sənədlərdə təhsil müəssisələrində fiziki tərbiyə işini daim təkmilləşdirmək, tədrisin səmərəliliyini yüksəltmək bu gün də, sabah da yenidən qurulması ciddi tələb olunur. Bu gün fəaliyyəti böyük bir sahəni əhatə edən bəzi ali təhsil müəssisələrində idman kafedraları deyil, idman klubları fəaliyyət göstərir. Belə ali təhsil müəssisələrində idman klublarının əvəzinə idman kafedralarının bərpası burada bədən tərbiyəsi və idman sahəsinin daha da inkişaf etməsinə kömək ola bilər. Yaradılan "Bədən tərbiyəsi və idman” kafedralarına idman mütəxəssisləri və işini mükəmməl bilən idman müəllimləri işə cəlb olunmalıdır. Həmin kafedralarda fiziki tərbiyənin aşılanmasında yeni pedaqoji texnologiyalarla yanaşı dünya təcrübəsinə istinad edilərək tədris proqramları tətbiq olunmalı və ən əsası da, idman zalları, idman qurğuları müasir səviyyədə təşkil olunmalıdır. Məhz bu qayğı və diqqətdən sonra, biz ali təhsil müəssisələrində bədən tərbiyəsi və idmanın sürətli inkişaf nail ola bilərik və ən əsası da, Azərbaycan idmanına öz layiqli tövhəmizi verə bilərik.
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ