Xəbər verdiyimiz kimi, artıq pandemiya ilə əlaqəli bağlanan dərslərin ölkə üzrə bərpasına başlanılır. Belə ki, 1-4 -cü siniflər üzrə dərslərin keçirilməsinə başlanılıb.
Təhsil mühitində düşündürən suallardan biri ali məktəblərdə dərslərin bərpa edilməsidir.
7News.Az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, fəlsəfə doktoru İlqar Orucov danışıb:
"Bildiyiniz kimi artıq ibtidai siniflərdə və məktəbəqədər hazırlıq qruplarında dərslər başlayıb. İnsanarı narahat edən məsələlərdən biri növbəti mərhələdə hansı siniflər üzrə dərslərin bərpası, ali məktəblər və bağçalarda tədris prosesinin başlanılması məsələsidir. Əlbəttə ki, bu Nazirlər Kabineti yanında Operativ Qərarbahın səlahiyyətində və bilavasitə verəcəyi qərarla bağlı olan məsələdir. Biz ümid edirik ki, yoluxma sayında artım olmasa və proses nəzarət altında qalsa, bu kimi məsələlərlə bağlı fevral ayının 15-ə qədər qərarlar verilə bilər.
Ali məktələrlə bağlı qərarlara fevralın 15-dək baxılacaq. Qərarın qəbul olunması ilə bağlı isə hələki heç bir məlumat yoxdur".








