Bakının məşhur supermarketlərindən birində alıcı endirimli mal alarkən gördükləri onu çaşdırıb.
Tural İskəndərli adlı oxucu bildirib ki, Bakıxanov qəsəbəsində Bazarstore-a məxsus supermarketlərdən birində qəribə bir halla rastlaşıb. Oxucunun göndərdiyi fotoşəkildən görünür ki, bir şampun markasının endirimlə satıldığı, lakin yarlıqda əvvəlki və yeni qiymətlərin eyni olduğu göstərilir. Yəni hər iki halda qiymətin 5 manat 5 qəpik olduğu görünür.
Bununla bağlı Bazarstore-un İctimaiyyətlə əlaqələr üzrə meneceri Günay Novruzqızı Milli.Az-a bildirib ki, bu sadəcə texniki bir səhvdir: "Əsas odur ki, endirim var, bahalaşma yoxdur. Sadəcə yarlıqda texniki səhv gedib, qiymət iki dəfə yazılıb. Alıcılar belə halla rastlaşdıqda satıcılara xəbər versinlər ki, düzəliş edilsin. Belə səhvlər bütün böyük marketlərdə ola bilər. Bunun müştəriyə heç bir ziyanı yoxdur. Qiymət doğrudur"./milli
7news.az









