Türkiyənin Hacıtəpə Universiteti alimi, professor Məhmət Ceyhan koronavirusla adi soyuqdəymənin necə fərqləndirilməsindən danışıb.
7News.Az oxu.az-a istinadən xəbər verir ki, o, bu xəstəlikləri ayırd etmənin mümkün olmadığını deyib.
Professorun sözlərinə görə, təkcə adi vətəndaşlar deyil, ö, özü də COVID-i soyuqdəymədən fərqləndirə bilməz. Belə ki, hər iki xəstəlik zamanı ağırlaşma halları mümkündür.
Alim bildirib ki, koronavirusu ayırd etmənin yeganə etibarlı yolu müvafiq testdən keçməkdir. Yalnız bu zaman insanın məhz COVID-ə yoluduğu tam dəqiqliklə təsdiq oluna bilər.
7News.Az








