Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Samir Şabanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
7News.Az-ın xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, E.İsmayılov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il aprelin 21-də Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib.
Samir küt alətlə Hətəm Şabanovu qətlə yetirib. H.Şabanov Samirin keçmiş qayınatası olub.
Onların arasında alimentin ödənilməsinə görə mübahisə yaranıb və Samir qayınatasını öldürüb.
7News.Az








