RU
Alimlər “diri” robot qadın düzəltdilər
22:45
1403

Alimlər “diri” robot qadın düzəltdilər

Jia Jia insanla söhbət aparmağı bacarır.

Çinin Anxoy vilayətində yerləşən Elm və texnika universitetinin alimləri ilk baxışdan insandan seçilməyən robot düzəldiblər.

Çinin CCTV News telekanalının Facebook səhifəsində yerləşdirilən videoya 22 saat ərzində 200 min insan baxıb.

Jia Jia ləqəbli robot insanla söhbət aparmağı və həmsöhbətinin səsini yadda saxlamağı bacarır. Bundan əlavə, o göz vura və başı ilə işarə verə bilir.

Sosila şəbəkə istifadəçiləri bildiriblər ki, robot yalnız xarici görünüşü ilə real insana oxşayır, texniki tərəfdən isə hələ bir çox iş görülməlidir. 

Əksər istifadəçilər Jia Jianın hərəkətlərini qəribə və qeyri-təbii adlandırıblar./oxu

7news.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ