7NEWS.az xəbər verir ki, yeni araşdırma Yerin daha bir gizli qatının ola biləcəyini ortaya çıxarıb. Müvafiq olaraq, Yerin daxili nüvəsinin dərinliklərində başqa bir nüvə ola bilər. Bu o deməkdir ki, Yerin tarixində bəlkə də iki ayrı soyutma hadisəsi baş verib. Ekspertlərin fikrincə, bu kəşf "dərsliklərin yenidən yazılmasını” tələb edə bilər.








