7News.Az-ın bigpicture.ru-ya istinadən verdiyi xəbərə görə, heyvan öldürmədən laboratoriyada əldə olunan ət qida aləmində əsl inqilabdır.

Daha öncə, 2013-cü ildə alimlər süni ət əldə etsələr də, o, sintezləşdirilmiş zülaldan ibarət qiymə olub. Həmin qiymədən hamburger bişirilib. Süni ətdən hazırlanan hamburgerin qiyməti ekspertlər tərəfindən bir neçə yüz min dollar dəyərində qiymətləndirilib. Həmin əti tam da ət adlandırmaq çətin idi.

Lakin, İsrail şirkəti zülal sintezindən imtina edərək başqa yola əl atıb. Onlar məhsulu buzovun sütun hüceyrələrindən istehsal edib. Ona görə həmin əti həcm, rəng və dadına görə əsl ət adlandırmaq olar.

"Təmiz ət" adı alan bu məhsul bir çox şirkətlərin arzusudur. Belə ətin istehsalını kommersiyalaşdıra bilən şirkət öz sahiblərini bir anda milyarderə çevirəcək. Lakin hələlik məhsulun istehsalı çox vaxt aparan və bahalı prosesdir. "Aleph Farms" şirkəti balaca steykin hazırlanmasına 3 həftəyə yaxın vaxt sərf edib.

"Təmiz ətdən" hazırlanan ilk steyk elə istehsalçılar tərəfindən bişirilərək yeyilib. Onu qızartmaq şərəfi israilli baş aşpaz Əmir Elana nəsib olub.
7News.Az








