7News.Az Xəzər TV-yə istinadən xəbər verir ki, NASA Yupiter planetinin peyki "Ganymede"dən gələn səsləri yayımlayıb.
2016-cı ildə Yupiterə göndərilən "Juno" aparatı planetin ətrafında kəşfiyyat uçuşu gerçəkləşdirərkən "Ganymede"dən gələn elektromaqnit dalğaları qeydə alıb.
Dalğaların tezliyi NASA tərəfindən səs diapazonuna gətirildikdə, peykdən qorxunc səslərin gəldiyini eşitmək mümkün olub.
7News.Az








