RU
Alimlərdən yeni kəşf — 2 milyard il əvvəl Marsda vulkan püskürüb
15:20
619

Alimlərdən yeni kəşf — 2 milyard il əvvəl Marsda vulkan püskürüb

Alimlər Mars planeti ilə bağlı yeni dəlillər əldə ediblər

Marsda 2 milyard il əvvəl vulkanik fəaliyyət olub. 

Afrikada 2012-ci ildə kəşf edilən "şimali qərbi Afrika 76352" adlı səma cismini incələyən alimlər Marsda ən azından 2 milyard il əvvəl vulkan püskürmələrinin olduğuna dair yeni sübutlar əldə ediblər.

Hyüston universitetinin alimləri Marsdan düşən səma cismini tədqiq ediblər. Tədqiqat nəticəsində məlum olub ki, Qırmızı planet Günəş sistemində ən uzunömürlü vulkanlardan bir neçəsinə sahib olub.

Qrupun lideri Tom Lapen bildirib ki, əldə edilən faktlar planetin necə yarandığına və Marsdakı vulkanik fəaliyyətlərə dair müəyyən ip ucları verib. Üzərində tədqiqat aparılan meteorit 2.4 milyard il əvvəl Günəş sisteminin ən uzun müddətli vulkanik mərkəzlərindən birindən qoparaq Yerə düşüb.

Marsdakı vulkan mənbələri haqqında məlumatlar əsasən Dünyaya düşən meteoritlərdən öyrənilir. Marsın ən böyük vulkanı "Olympus Mons" 27 km hündürlüyündədir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ