RU
Alimlərdən yeni kəşf — 3 milyard il əvvəl itmiş qitə tapıldı
19:28
541

Alimlərdən yeni kəşf — 3 milyard il əvvəl itmiş qitə tapıldı

3 milyard il əvvəl qeyb olmuş qitə okeanın altında tapıldı

"Ölkə.Az" xəbər verir ki, alimlər şərqi Afrika ölkəsi Mavritaniyanın olduğu ərazidə 3 milyard il əvvəl yoxa çıxmış qitəni tapıblar.

Bir müddət əvvəl Hind okeanının dibində kəşf edilən torpaq parçasının Mavritiya qitəsinə aid olduğu iddia edilmişdi. Alimlər bu dəfə hipotezi təsdiq ediblər. 2.5-3 milyard il əvvələ aid sirkon kristal parçaları okeanın dibində tapılıb.

Alimlər vulkanik lavanın içindəki kristallar vasitəsilə dənizin altındakı gizli qitəyə aid sübutlar tapıblar. Cənubi Afrikanın Yohannesburq şəhərinin Vits universitetinin professoru Lyuis Aşval və komandası Mavritaniyada 2.5-3 milyard il əvvələ aid sirkon kristal parçaları tapıblar.

Norveç, Cənubi Afrika, Almaniya və İngiltərəli alimlərdən ibarət qrup 2013-cü ildə Hind okeanının dibində 50-80 milyon il əvvələ aid 25-30 km qalınlığında bir torpaq kütləsi kəşf etmişdilər.

Alimlər qitələrin bir-birindən ayrılma prosesində nəhəng dalğaların altında qalaraq okeanın dibinə yuvarlanan qeyb olmuş qitəni Mavritiya adlandırmışdılar.

1 milyard il əvvəl Yer üzərində "Rodinya" adlandırılan tək bir qitə olub. Sonra isə qitə parçalara ayrılaraq indiki qitələrə çevrilib./olke.az
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ