Afrikada dünyada indiyədək misli görünməmiş heyvan aşkarlanıb.
Qitənin qərbində, Qabonda tədqiqatlar aparan alimlər mağaralarda yaşayan, gün işığı görməyən narıncı timsahlar tapıblar.
Tam zülmətdə yaşayan, uzunluğu təqribən 1,5 metr olan bu yırtıcılar yarasalar və çəyirtkələrlə qidalanırlar.
Fransanın Marsel şəhərindəki İnkişaf və Təbiət Tədqiqatları İnstitutunun alimlərindən ibarət qrup ilkin olaraq bu canlıların Afrikadakı cırtdan timsahların bir tipi olduğunu düşünüblər. Lakin yeni araşdırmalar narıncı timsahların ayrı növ olduğunu göstərib.
Narıncı timsahlar Qabonun Abanda bölgəsindəki mağaralarda aşkarlanıb/milli.
7News.Az












