RU
“Allah” sözü yazılmış döşəməsilən satışa çıxarıldı - “Amazon”u linç etdilər
12:00
281

“Allah” sözü yazılmış döşəməsilən satışa çıxarıldı - “Amazon”u linç etdilər

Mərkəzi ABŞ-da yerləşən e-ticarət saytı olan Amazon üzərində ərəbcə ayə və "Allah” yazılmış hamam silənləri satışa çıxarıb.

Bu, müsəlman aləmində mənfi reaksiyaya səbəb olub. Amerikan-İslam Münasibətləri Konseyi məsələyə müdaxilə edib. Təşkilatdan verilən açıqlamadan sonra Amazon hamam əşyasını satışdan çıxarıb.

Bundan başqa, sözügedən malların satışının dayandırılması üçün Change.org-da başladılan kampaniyada 73 min imza yığılıb.

Qeyd edək ki, Amazon bu addımı 2016-cı ildə də atmışdı. Belə ki, şirkət "Allah” yazılmış döşəməsilənləri İngiltərədə satışa çıxarmış, bununla da tənqid edilmişdi./ölkə
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ