RU
11:17
560

"Allah xatirinə mənə kömək edin, yalvarıram"

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Heydər Əliyev Fondunun rəhbəri, millət vəkili, hörmətli birinci xanım Mehriban Əliyeva

Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümova

Səhiyyə Naziri cənab Oqtay Şirəliyevə

Fövqəladə Hallar Naziri cınab Kəmaləddin Heydərova

İsmayıllı rayon Aşagıbaş kənd sakini Şahməmmədov Rasim Eldar oğlu tərəfindən 

ƏRİZƏ

Bu ərizəmlə yazıb sizə məlum edirəm ki, ailəliyəm, 7 yaşında bir oğlum var. Özüm də 2010-cu ildə avtomobil qəzasına düşmüşəm. Onurğam sınıb. İndi isə nə gəzə, nə də otura bilirəm. 5 ildir ki, yataqdayam. Çox çətin vəziyyətdəyəm, həkimlər əməliyyat olunsam sağala biləcəyimi deyirlər.

Əməliyyatım Almaniya və İsraildədir. Xahiş edirəm, Allah xatirinə mənə kömək edin, yalvarıram. Öncədən özümün və ailəm adından sizə dərin minnətdarlıgımızı bildiririk. İnanıram ki, bu məktubum cavabsız qalmayacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ