RU
“Allahı söyənin tövbəsi qəbul edilir, Peyğəmbəri söyən öldürülməlidir”
19:49
736

“Allahı söyənin tövbəsi qəbul edilir, Peyğəmbəri söyən öldürülməlidir”

“Peyğəmbərlərə toxunmaq, onlar haqqında pis söz danışmaq olmaz. Onlara söymək olmaz və söyən kafirdir”.

Bu fikirləri “Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanov Peyğəmbərin Aişə ilə evlənməsində bəzi şübhələrə aydınlıq gətirərkən deyib.

O, “Əbu Bəkr” məscidindəki xütbəsində bildirib ki, nəinki Məhəmməd Peyğəmbəri, eləcə də İsanı, Nuhu söyən kafirdir.

Q.Süleymanov sonra sözlərini belə davam etdirib ki, Allahı və Peyğəmbəri söyən kafirdir: “Allahı söyən tövbə edirsə qəbul edilir, ancaq Peyğəmbəri söyən tövbə eləsə də öldürülməlidir. Nə üçün? Çünki Allah bağışlayandır”./a24

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ