Almaniyanın əczaçılıq və kimya şirkəti Bayer, mübahisəli herbisid qlifosatla bağlı ABŞ-da açdığı məhkəmə iddiasını uduzdu.
7NEWS.az xəbər verir ki, ABŞ-da iddiaçı John Durnell, alaq otlarına qarşı istifadə edilən Roundup dərmanının tərkibindəki qlifosat maddəsinin xərçəngə səbəb olduğunu iddia edərək, Missuri ştatının Sent-Luis şəhərindəki məhkəmədə alman şirkətinə qarşı iddia qaldırıb. Məhkəmədə münsiflər heyəti cümə günü qərar verdi ki, Bayer Con Durnell-ə 1 milyon 250 min dollar ödəməlidir. Durnellin vəkili Wylie Blair, bu işin əsas tərkib hissəsi olan qlifosatdan başqa kimyəvi maddələrin xərçəngə səbəb ola biləcəyini sübut edən ilk iş olduğunu söylədi.
7NEWS.az








