Böyük Britaniyada saxlanılan alman iti Freddi böyüklüyünə görə Ginnesin rekordlar kitabına düşüb.
7News.az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, arxa ayaqları üzərində dayananda itin hündürlüyü 230 santimetrdən çox olur.
İtin çəkisi 89 kiloqramdır. Heyvan yerfındığı yağında qızardılmış cücələri yeməyi çox sevir. Keçmiş model olan Kler Stounmen bir il ərzində Freddi və onun bacısı Flera üçün 12 min 500 funt-sterlinqdən (təxminən 15 min dollar) çox xərcləyir.
7News.az








