Alman popçu Katya Krasaviçenin Filipp Koutinyo üçün etdiyi paylaşım futbol dünyasında gündəm olub.
7News.Az xəbər verir ki, keçdiyimiz günlərdə "Bavariya"nın ulduz futbolçusu Koutinyo "Verder"lə oyunda rəqibin torunu 3 dəfə silkələyib. "Bavariya"nın 6-1 hesablı qələbəsi ilə yekunlaşan oyunda braziliyalı futbolçu 2 qolun da ötürməsini verib.
Oyuna Koutinyo qədər alman müğənninin paylaşımı da damğa vurub.
Oyun bitdikdən sonra 23 yaşlı müğənni "İnstagram" storisindən paylaşım edib.
Cazibədar müğənni əlində şərab şüşəsi ilə poz verdiyi fotoda Koutinyonu işarələyərək: "Koutinyo 3 qol vurdu, mənə başqa haralarda qol ata biləcəyini göstərməyə haqq qazandı" sözlərini yazıb.
Krasaviçe daha sonra paylaşımını sildi. Müğənni ona bir neçə futbolçunun mesaj yazdığını, ancaq onları heç vaxt ifşa etməyəcəyini bildirib.








