Almaniya Silahlı Qüvvələri (Bundesver) Baltikyanı ölkə Litvada Grand Quadriga 2024 adlı genişmiqyaslı təlimlərə başlayıb.
Litvada hərbi baza qurmağı planlaşdıran Almaniya bu ölkədə genişmiqyaslı təlim keçirir.
7NEWS.az xəbər verir ki, BNS xəbər agentliyinin məlumatına görə, 3 mindən çox alman əsgərinin və 200 hərbi texnikanın, o cümlədən Leopard tankları, Puma və Boxer zirehli maşınlarının iştirak etdiyi təlim ölkədə iki fərqli poliqonda həyata keçirilir.
7NEWS.az








