Almaniya ordusu İŞİD-ə qarşı Suriyada əməliyyatlar aparan koalisiya qüvvələrinə dəstək verə bilər.
Nazirlər Kabinetinin qərarına əsasən, hərbçilər terrorçulara qarşı aktiv mübarizədə iştirak etməyəcək. Berlin Koalasiya qüvvələrinə texniki dəstək verəcək və kəşfiyyat uçuşları həyata keçirək. Bundan əlavə, 1200 alman əsgəri Suriyaya göndəriləcək. Bildirilir ki, Bundestaqda müzakirə olunacaq sənəd səsçoxluğu qazansa gələn həftədən etibarən qüvvəyə minəcək.
Toplantıdan sonra açıqlama verən müdafiə naziri Ursula Fon Der Lyayen bildirib ki, Almaniya terrorçulara qarşı mübarizədə heç bir halda prezident Bəşşər Əsədlə ittifaq qurmayacaq. Əsədin ölkənin gələcəyində yeri yoxdur./atv
7news.az








