RU
Alman şirkətlərinə kiberhücumların maliyyəti 266 milyard dollardır
15:53
36

Alman şirkətlərinə kiberhücumların maliyyəti 266 milyard dollardır


Alman İT və rabitə şirkətlərinin 81 faizi son bir ildə ən azı bir dəfə kiber hücuma məruz qaldıqlarını bildirib.

7NEWS.az xəbər verir ki, Alman IT, rabitə və yeni media şirkətlərinin çətir təşkilatı Bitkom tərəfindən aparılan araşdırmaya görə, keçən il sektordakı şirkətlərin 81 faizi məlumat oğurluğu, casusluq və təxribata məruz qalıb. Sorğuda iştirak edən şirkətlərin 10 faizi belə bir hücumla üzləşdiklərindən şübhələndiklərini bildiriblər. 2023-cü ildə edilən sorğuda hücuma məruz qaldığını bildirən şirkətlərin nisbəti yüzdə 72, hücumun edildiyindən şübhələnənlərin nisbəti isə yüzdə 8 olub.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ