Almaniyaya məxsus ikinci təyyarə Kabil hava limanından təqribən 120 nəfəri təxliyyə edə bilib.
Bu barədə məlumatı "Bild” yayıb. Məlumata əsasən, təxliyyə edilənlər arasında Almaniya və NATO-ya üzv digər ölkələrin vətəndaşları olub. Ekipaj üzvləri oturacaqların və təhlükəsizlik kəmərlərinin olmasına baxmayaraq, təyyarəyə nə qədər adam yerləşirsə bir o qədər insan qəbul etməklə bağlı razılıq əldə ediblər.
Qeyd edək ki, dünən Almaniya vətəndaşlarını təxliyyə etmək istəyən digər bir təyyarə uzun müddət ərzində Kabil hava limanına enməkdə çətinlik çəkib. Təyyarə çaxnaşma səbəbindən yalnız 7 nəfəri göyərtəsinə qəbul edə bilib.
7NEWS.Az








