Berlin Rusiya qazını əvəz edəcək LNG idxalı üçün ABŞ ilə 20 illik müqavilə imzalayıb.
7NEWS.az xəbər verir ki, Almaniya ABŞ-dan mayeləşdirilmiş təbii qazın (LNG) idxalına dair uzunmüddətli müqavilə imzalayıb.
20 illik müqavilə Almaniyanın "Securing Energy for Europe" (SEFE) ilə Amerikanın "Venture Global LNG" şirkəti arasında imzalanıb. Qaz idxalçısı "SEFE" əvvəllər Rusiyanın enerji nəhəngi "Qazprom"un törəmə şirkəti idi və "Qazprom Germania" kimi tanınırdı.
7NEWS.az








