RU
Almaniya Bundestaqında yerlərin sayı artacaq
15:00
315

Almaniya Bundestaqında yerlərin sayı artacaq

Almaniyanın 19-cu Bundestaqında 709 yer olacaq ki, bu da əvvəlkindən 78 yer çoxdur.

7news.Az-ın məlumatına görə, bu barədə "Wirtschaft" portalı məlumat verir.

 

Beləliklə, parlament seçkilərində qalib gəlmiş Xristian-Demokratik İttifaqı Bundestaqda 246 yer alacaq. Sosial-demokratik Partiyanı 153 deputat təmsil edəcək. "Almaniya üçün alternativlər” ultrasağ partiyası 94, Azad Demokratik Partiya 80, Sollar və "yaşıllar” isə müvafiq olaraq 69 və 67 yer alacaqlar.  

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ