"Avropada, eləcə də, Almaniyada terror təhlükəsi sabit yüksək olaraq qalır. Bu, Milad yarmarkaları da daxil olmaqla, iri ictimai tədbirlərə də aiddir".
7news.Az Report-a istinadən xəbər verir ki, bunu Almaniya Daxili İşlər Nazirliyinin (DİN) rəsmi nümayəndəsi Yohannes Dimrot deyib.
Qeyd edək ki, noyabrın 27-dən Almaniyada ənənəvi Milad bayramı yarmarkaları açılır.
Onun sözlərinə görə, hazırda federal təhlükəsizlik orqanları təhlükəsizlik sahəsində daim yenilənən vəziyyətə qarşı tədbir görməli olan regional qurumlarla sıx informasiya mübadiləsi aparır.
7news.Az








