RU
“Almaniya dünyaya cavabdehdir”
11:11
970

“Almaniya dünyaya cavabdehdir”

“Almaniya dünya siyasətində əhəmiyyətli rola maik olduğu üçün planetdə baş verən hadisələrə də cavabdehlik daşımalıdır”.

7News.Az xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel bəyan edib. Onun sözlərinə görə, rəsmi Berlin daha çox Avropa sərhədlərindən kənar baş verən hadisələri diqqət mərkəzində saxlayacaq:

“Bu isə öz növbəsində daha çox qapalı cəmiyyətdə hiss edilməyən inkişafa yardım edəcək, iqlimin qorunmasına mühüm töhvə verəcək”.

Merkel eyni zamanda ölkəsinin Avropanın üzləşdiyi miqrant problemindən xilas olmasında vacib rola malik olduğunu diqqətə çatdırıb: “Bu problemin həllində daha çox Türkiyə və Yunanıstan öz üzərinə daha böyük öhdəliklər götürməlidir. Çünki, miqrantlar bu iki ölkədən keçərək Avropaya daxil olur”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ