RU
Almaniya Finlandiyanın NATO-ya üzvlüyünü dəstəkləyib
20:50
257

Almaniya Finlandiyanın NATO-ya üzvlüyünü dəstəkləyib

Almaniya Kansleri Olaf Şolts Finlandiyanın NATO-ya üzvlüyünü dəstəkləyib.

7NEWS.Az-ın CNN-ə istinadən xəbərinə görə, Şolts "Twitter" hesabındakı paylaşımında Finlandiyanın alyansa üzvlüyünü Berlinin tam dəstəklədiyini qeyd edib.
"Mən Finlandiyanın NATO-ya dərhal qəbul edilməsi lehinə qərarını alqışlayıram”, - deyə Şolts "Twitter" hesabında qeyd edib.

Kansler qeyd edib ki, Finlandiya Prezidenti Sauli Niinisto ilə telefon danışığı zamanı onu Almaniya hökumətinin Finlandiyaya tam dəstəyi ilə bağlı əmin edib.

Finlandiya Prezidenti Sauli Niinisto isə "Twitter” hesabındakı paylaşımında Almaniyaya dəstəyə görə minnətdar olduğunu qeyd edib. Əlavə edib ki, tərəflər söhbət zamanı Ukraynada sülhə nail olunmasının zəruriliyini müzakirə ediblər.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ