Almaniyada 11 hava limanının işçiləri fevralın 1-i cümə axşamı günü tətil edəcəklər. THY-nin uçuşları da tətildən təsirlənəcək.
7NEWS.az xəbər verir ki, Almaniyada qatar maşinistlərinin tətilindən sonra bu dəfə hava limanlarında tətil var. Hamburq, Bremen, Hannover, Berlin, Köln, Düsseldorf, Leypsiq, Drezden, Erfurt, Frankfurt və Ştutqart hava limanlarında təhlükəsizlik və yer xidmətlərində çalışan təxminən 25 min insan fevralın 1-də tətilə çıxır.
7NEWS.az








