RU
Almaniya hökuməti Ukraynaya
21:50
554

Almaniya hökuməti Ukraynaya "Patriot" göndərmək imkanlarının olmadığını bildirib

Almaniyanın Ukraynaya "Patriot" sistemləri göndərmək imkanı yoxdur.

7NEWS.Az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit mətbuat konfransında bildirib.
O deyib ki, ABŞ-dan sonra Almaniyanın da Ukraynanı "Patriot" hava hücumundan müdafiə sistemləri ilə təmin etməyə heç bir prinsipial etirazı yoxdur, lakin hazırda ölkənin bu sistemi göndərmək imkanı yoxdur.

Almaniya NATO müttəfiqi Polşanın hava məkanının təhlükəsizliyini təmin etmək üçün bu ölkənin şərqində üç "Patriot" raket kompleksi yerləşdirməyə razılıq verib.

"Bunlar əlimizdəki mövcud üç "Patriot" sistemidir. Deyə bilərəm ki, Almaniyanın bu istiqamətdə atmaq istəmədiyi konkret bir addım yoxdur, lakin mövcud sistemlərimiz də yoxdur”, - hökumət sözçüsü əlavə edib.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ