Aİ hüdudlarından kənardan Almaniyaya ixtisaslı işçi qüvvəsinin miqrasiyasını asanlaşdırmaq məqsədi daşıyan qanun layihəsində əlavə təkmilləşdirmələr edilib. Qanunun son variantı bu həftə parlamentdə səsə qoyulacaq.
7NEWS.az xəbər verir ki, bu məqsədlə Almaniyanı ixtisaslı əcnəbi işçi qüvvəsi üçün daha cəlbedici etmək məqsədi daşıyan yeni immiqrasiya qanununda bəzi dəyişikliklər edilir. Bildirilib ki, Sosial Demokrat Partiyası (SPD), Yaşıllar və Azad Demokrat Partiyasından (FDP) ibarət koalisiya hökuməti mart ayında yaradılan qanun layihəsində bəzi təkmilləşdirmələr aparmağa razılaşıb və qanunun son variantı səsə qoyulacaq.
7NEWS.az








