"Hələ ki Ukraynaya səfər etmək niyyətində deyiləm”.
7NEWS.Az "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts bildirib.
O, Ukrayna hakimiyyətinin Almaniya Prezidenti Frank-Valter Ştaynmayeri qəbul etməməsinin anlaşılmazlıq yaratdığını vurğulayıb.
Qeyd edək ki, Almaniya Prezidenti və kanslerinin Ukraynaya birlikdə səfəri nəzərdə tutulurdu. Ancaq rəsmi Kiyev Rusiya ilə münasibətlərinə görə Frank-Valter Ştaynmayeri qəbul etməkdən imtina edib.
13:10
Almaniya kansleri Olaf Şoltsun Kiyevə səfəri gözlənilir.
7NEWS.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç Almaniyanın ARD telekanalına müsahibəsində deyib.
"Prezidentimiz praktik qərarlar qəbul etmək, o cümlədən silah tədarükü ilə bağlı kanslerin səfərini gözləyir”, - o bildirib.
O.Arestoviç həmçinin söyləyib ki, o, Zelenskinin Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Kiyevə səfərini niyə qəbul etmədiyini bilmir.
7NEWS.Az








