"Qərb ölkələri Ukraynaya maliyyə və hərbi dəstək verməyə davam edəcək".
7NEWS.Az TASS-a istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Qərb liderlərinin iştirakı ilə keçirilən videokonfransdan sonra keçirdiyi brifinqdə deyib.
"Bizim hamının razılaşdığı aydın prinsiplərimiz var: Ukrayna bizim həmrəyliyimizi və dəstəyimizi almağa davam edəcək", - Almaniya kansleri deyib.
O, "Böyük yeddilik” çərçivəsində Ukraynaya 50 milyard avro məbləğində maliyyə dəstəyinin göstərilməsini mümkün hesab edir:
Eyni zamanda Almaniya hökumətinin başçısı yenidən Rusiyanı Ukraynadakı xüsusi hərbi əməliyyatı dayandırmağa, qoşunları Ukrayna ərazisindən çıxarmağa və atəşkəs rejiminin yaradılmasına razılıq verməyə çağırıb.
7NEWS.Az







