Almaniya NATO-nun Kosovo Sülh Qüvvələrində (KFOR) əsgərlərinin xidmət müddətini 1 il uzatmaq qərarına gəlib.
7NEWS.az xəbər verir ki, Nazirlər Şurası alman əsgərlərinin KFOR-da xidmət müddətinin daha bir il uzadılmasına qərar verib və şəxsi heyətin sayını 400 nəfərlə məhdudlaşdırıb. Bildirilib ki, hazırda Kosovoda xidmət edən alman əsgərlərinin sayı 290 nəfərdir. Nazirlər Şurasının qərarı Federal Parlament tərəfindən təsdiqlənməlidir.
7NEWS.az








