RU
Almaniya Leninqradın mühasirəsini soyqırım kimi tanımaqdan imtina etdi
16:43
26

Almaniya Leninqradın mühasirəsini soyqırım kimi tanımaqdan imtina etdi


Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Zaxarova Almaniya Xarici İşlər Nazirliyinin Rusiyanın Leninqradın mühasirəsini soyqırım kimi tanımaq tələbini rədd etdiyini bildirib.

7NEWS.az xəbər verir ki, Rusiyanın Berlindəki səfirliyinin Almaniya xarici işlər nazirliyinə verdiyi notada Moskvanın Berlinin faşist Almaniyasının törətdiyi cinayətləri soyqırım kimi tanımaqda israrlı olduğu bildirilib. 1944-cü il yanvarın 27-də indi Peterburq kimi tanınan Leninqrad şəhərinin faşist-alman mühasirəsi qırıldı. Leninqradın mühasirəsi 872 gün davam edən müasir tarixdə ən uzun, ən dağıdıcı şəhər mühasirələrindən biri idi və bu mühasirədə şəhərin təxminən 3 milyonluq əhalisinin demək olar ki, yarısı bombardmanlar, xəstəliklər və ən əsası aclıq səbəbindən həyatını itirdi.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ