RU
Almaniya millisinin sabiq kapitanı vəfat edib
23:10
851

Almaniya millisinin sabiq kapitanı vəfat edib

Futbol üzrə Almaniya millisinin sabiq kapitanı Uve Zeeler vəfat edib.

7News.Az "Bild" nəşrinə istinadən xəbər verir ki, veteran hücumçu 85 yaşında dünyasını dəyişib.

O, futbolçu karyerası ərzində cəmi iki klubun - ölkəsində "Hamburq"un, İrlandiyada isə "Kork Seltik"in formasını geyinib. Zeeler 1953 - 1972-ci illərdə çıxış etdiyi Bundesliqa təmsilçisində 582 oyuna 496 qol vurub. Forvard 1978-ci ildə "Kork Seltik"də cəmi 1 görüşdə meydana çıxıb və dubl edib.

1954-ü ildən 1970-ci ilədək yığmanın şərəfini qoruyan Zeeler 72 qarşılaşmada 43 dəfə fərqlənib. O, 1966-cı il dünya çempionatının gümüş, 4 il sonrakı mundialın isə bürünc mükafatçısı olub.

Zeeler 1960-cı, 1964-cü və 1970-ci illərdə Almaniyada ilin futbolçusu seçilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ