Almaniyanın daxili işlər naziri Horst Zeyehofer ölkədə yaşamaq icazəsi almayan miqrantların repatriasiyası qaydalarının sərtləşdirilməsi ilə bağlı kompleks tədbirlər planı hazırlayır.
7news.Az xəbər verir ki, bu barədə Almaniya KİV-də məlumat yayıb.
"Biz Almaniyada yaşamaq hüququ əldə etməyən insanların öz vətənlərin qaytarılması ilə bağlı ölçüləri sərtləşdirməliyik”, - deyə nazir "Paussauer Neue Presse” qəzetinə verdiyi müsahibədə bildirib.
Nazirin sözlərinə görə, dövlət deportasiya edilməli olan şəxslərə müavinətlərin verilməsini dayandırmalıdır, onlara yalnız qeyri-maddi sosial yardım göstərilməlidir.
7news.Az








