7NEWS.az xəbər verir ki, İsrailin Qəzza zolağına hücumları oktyabrın 7-dən bu yana davam edərkən, Almaniya prezidenti Frank-Valter Ştaynmayerin İsrailə səfər edəcəyi açıqlanıb. Almaniya Rəyasət Heyətindən verilən açıqlamada, prezident Ştaynmayerin İsrail prezidenti İsaak Hersoqla "siyasi görüşlər" keçirmək üçün noyabrın 26-27-də İsrailə səfər edəcəyi bildirilib. Açıqlamada prezident Ştaynmayerin səfəri çərçivəsində İsrailin cənubunda və Şərqi Qüdsdə müxtəlif görüşlər keçirməyi planlaşdırdığı, prezident Ştaynmayerin daha sonra Oman və Qətərə səfər edəcəyi bildirilib.
7NEWS.az








