Almaniya prezidenti Frank-Valter Ştaynmayerin aprelin 22-24-də Türkiyəyə səfər edəcəyi bildirilib.
7NEWS.az xəbər verir ki, Almaniya Rəyasət Heyətindən verilən yazılı açıqlamaya görə, səfər iki ölkə arasında diplomatik əlaqələrin başlamasının 100-cü ildönümü münasibətilə baş tutacaq. Qeyd edilib ki, Ştaynmayerin aprelin 22-24-də keçiriləcək səfəri İstanbul, Qaziantep və Ankaranı əhatə edəcək.
7NEWS.az








