RU
Almaniya səfiri Türkiyə XİN-ə çağırıldı
00:40
467

Almaniya səfiri Türkiyə XİN-ə çağırıldı

Almaniyanın Ankaradakı səfiri Mertin Erdmann Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
 
Səfir Türkiyə parlamentinin vitse-spikeri Ayşe Nur Bahçekapılının Almaniyada aeroportda saxlanılması ilə əlaqədar çağırılıb.
 
Diplomatik mənbələrindən verilən məlumatlara görə, diplomatik pasportunu oğurladan vitse-spiker hava limanında hüquq mühafizə əməkdaşlarının kobud davranışı ilə qarşılaşıb, daha sonra isə saxlanılıb.
 
Almaniya səfirinə hadisə ilə bağlı Türkiyə XİN-nin narazılığı çatdırılıb.
 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da hadisəyə münasibəti bildirib:
 
"Terroristləri ölkəyə qəbul edirlər, qonaq saxlayırlar. Lakin bir ölkənin rəsmi şəxsini saatlarla ayaq üstündə saxlayırlar. İndi bunların eynisini də biz edəkmi?”/olke.az
 
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ