Almaniya Poçt İdarəsi 63 illik poçtun təyyarə ilə daşınması təcrübəsinə son qoyub. Bu addımla karbon qazı emissiyalarının 80 faiz azalacağı proqnozlaşdırılır.
7NEWS.az xəbər verir ki, Almaniya Poçt İdarəsi (Deutsche Post) məktubların daşınması üçün daha daxili reyslərdən istifadə etməyəcək. Lufthansa-nın Eurowings və Tui Fly şirkətləri tərəfindən idarə olunan Almaniyanın şimalı ilə cənubu arasında məktublar daşıyan sonuncu təyyarələr 63 ildən sonra Ştutqart-Berlin, Hannover-Münhen və Hannover-Ştutqart marşrutlarında martın 28-də çıxarılıb.
7NEWS.az








