RU
Almaniya Türkiyəyə silah ixracını dayandırdı
18:39
1086

Almaniya Türkiyəyə silah ixracını dayandırdı

Almaniya yeni hökumət formalaşdırılanadək Türkiyəyə silah ixracını dayandırıb.

 Bu barədə "Spiegel” daxili işlər naziri və vitse-kansler Ziqmar Qabrielə istinadən məlumat yayıb.

"Hazırkı federal hökumət yekdil şəkildə belə bir nəticəyə gəlib ki, biz koalisiya danışıqlarının nəticəsini öncədən bilməyə qadir deyilik və ona görə də həssas məsələlərin müzakirəsi yeni Nazirlər Kabineti qurulana qədər ertələnəcək”, – deyə Z.Qabriel bildirib.

"Spiegel”in məlumatına əsasən, silah ixracının dayandırılması Türkiyənin Suriyanın Afrin bölgəsində kürd birləşmələrə qarşı keçirdiyi hərbi əməliyyatla bağlıdır.

Bundan başqa, hökumət bir müddət əvvəl Türkiyənin sifarişi əsasında Leopard tanklarının müasirləşdirilməsi üzrə proqram da dayandırılıb. "Spiegel”də dərc olunan məqaləyə əsasən, qərar Qabriel və hazırkı Almaniya kansleri Angela Merkellə razılaşdırılıb.

"Federal hökumət Suriyanın şimalında gedən hərbi münaqişədən çox narahatdır. Silahların ixracı məsələsinin aktual müzakirəsinə gəlincə, hökumət anlayır ki, biz münaqişələrin getdiyi bölgələri silahla təchiz edə bilmərik və bunu etmək fikrində deyilik”, – deyə Qabriel bildirib.

Qeyd edək ki, Türkiyə SQ yanvarın 20-də Suriyanın Afrin bölgəsində kürd birləşmələrinə qarşı "Zeytun budağı” əməliyyatının başladığını elan edib. Türkiyənin baş naziri Binəli Yıldırım ötən bazar Afrində quru əməliyyatının başladığını ictimaiyyətə açıqlayıb. Döyüşlərdə türkiyəli hərbçilərə "Azad Suriya Ordusunun” yaraqlıları dəstək olur.

Rəsmi Dəməşq Türkiyənin Afrindəki hərbi əməliyyatını qəti şəkildə pisləyib və Afrinin ölkənin ayrılmaz hissəsi olduğunu vurğulayıb. Moskva Afrindəki vəziyyətlə əlaqədar bütün tərəfləri atəşkəsə və Suriyanın ərazi bütövlüyünə hörmət etməyə çağırıb./oxu

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ