RU
Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün vaxtını açıqladı
18:30
502

Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün vaxtını açıqladı

Almaniya Bundestaqında Xristian Sosial Birliyinin (CSU) torpaq qrupunun rəhbəri Aleksandr Dobrindt Ukraynaya Avropa İttifaqına (Aİ) üzv olmaq üçün namizəd statusunun verilməsinin lehinə çıxsa da, lakin prosesin uzun davam edə biləcəyini də istisna etməyib.

Bu barədə Aleksandr Dobrindt "Augsburger Allgemeine” qəzetinə açıqlamasında deyib.

"Əgər Ukrayna Aİ üzvlüyünə namizəd statusu almaq istəyirsə, biz bunu dəstəkləyirik”, - deyə o bildirib. Bununla belə siyasətçi qeyd edib ki, Aİ-də ölkələrin qəbulu ilə bağlı sürətləndirilmiş prosedur yoxdur, çünki proses "illərlə və hətta onillərlə uzana bilər”.

Dobrindt əlavə edib ki, Aİ-yə üzv olmaq üçün ölkədə fundamental struktur dəyişikliklərinə ehtiyac var. /olke
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ