Bu gün Avropa Çempionatı çərçivəsində keçirilәcәk Almaniya-Ukrayna oyunundan öncə tərəfdarlar arasında insident yaşanıb.
7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, azarkeşlər küçədə qrup halında davaya çıxıblar.
İnsident nəticəsində bir neçə Ukrayna tərəfdarı xəsarət alıb.
Polis davanı sakitləşdirmək üçün gözyaşardıcı qazdan istifadə edib.








