Almaniyada federal hökumət Almaniya vətəndaşlığına keçidi asanlaşdıran qanun layihəsinə qərar verəcək. Qanun layihəsi həm də ikili vətəndaşlığa yol açır. Bununla belə, qanun layihəsi ilə bağlı tənqidlər də var.
7NEWS.az xəbər verir ki, Almaniyada federal hökumət bu gün Almaniya vətəndaşlığına keçid şərtlərini yüngülləşdirən, həmçinin ikili vətəndaşlığa yol açan hüquqi tənzimləməni müzakirə edəcək. Reqlament Almaniya vətəndaşlığına keçid müddətinin 8 ildən 5 ilə endirilməsini nəzərdə tutur. Almaniyada ikili vətəndaşlıq hüququ əvvəllər bəzi ölkələrin, o cümlədən Türkiyə vətəndaşları üçün məhdudlaşdırılıb. Yeni tənzimləmə də ikili vətəndaşlığa yenidən yaşıl işıq yandırır. Almaniyada uzun müddət yaşayan əcnəbilərin daha asan və tez Alman vətəndaşlığını əldə etmələrini nəzərdə tutan qanun layihəsi antisemit və ya irqçilik motivləri ilə cinayət törətmiş şəxsləri əhatə etməyəcək.
7NEWS.az








