RU
Almaniya XİN başçısı:
14:27
687

Almaniya XİN başçısı: "Bundestaqın qətnaməsi məcburi hüquqi qüvvəyə malik deyil"

"Bundestaqın erməni "soyqırımı" haqqında qəbul etdiyi qətnamə məcburi hüquqi qüvvəyə malik deyil".
7News.Az "Reuters"ə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer ölkə parlamentinin 2016-cı il iyunun 2-də qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirirərkən deyib. 
"Əlbəttə, Almaniya Bundestaqının siyasi məsələlərə öz mövqeyini bildirmək hüququ var. Ancaq bütün qətnamələrin məcburi hüquqi qüvvəsi yoxdur", - deyə, nazir vurğulayıb.
Qeyd edək ki, iyunun 2-də Bundestaq 1915-ci ildə Osmanlı dövlətində  ermənilərlə bağlı baş vermiş hadisə haqqında qətnamə qəbul edib. 
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ